Çərşənbə , Oktyabr 14 2026
azfa

Azərbaycanlı fəal Ərdəbil bələdiyyə başçısının şikayəti ilə ağır cəzalara məhkum edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Ərdəbil şəhərində yaşayan azərbaycanlı mədəni fəal Ramin Şahəndə bələdiyyə başçısı tərəfindən şikayət edilərək ağır cəzalar alıb.

Azərbaycanlı fəal daha öncə şəhər bələdiyyəsinin səmərəsiz fəaliyyətini və Ərdəbil merinin səriştəsizliyini şəhərin müxtəlif yerlərində, yaşıl zonalarda və tarixi məkanlarda zəif idarəçilik səbəbindən tənqid edib.

Bildirilib ki, bu tənqidə görə şəhər başçısı ictimai fəala qarşı şikakət verib və nəticədə o, 6 ay həbs, 10 milyon tümən cərimə cəzası alıb, o cümlədən iki il sosial şəbəkələrdə fəaliyyətinə qadağa qoyulub.

Ramin Şahəndə sosial media hesabında bununla bağlı yazıb: “Şübhəsiz ki, bu, siyasi hökmdür və real faktları yazan nə mənim üçün, nə də xalq üçün heç bir dəyəri yoxdur”.

Həmçinin yoxlayın

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …