Bazar , Dekabr 22 2024
azfa

Azərbaycanlı fəal Ramin Qaşqayi Qorbaçi ağır həbs cəzasına məhkum edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı ictimai fəal Ramin Qaşqayi Qorbaçi Qəzvin şəhərinin rejimin İnqilab Məhkəməsi tərəfindən 6 il həbs cəzasına məhkum edilib.

Azərbaycanlı fəala qarşı “hökumət əleyhinə təbliğat” və “ölkənin milli təhlükəsizliyinə zərbə vurmaq məqsədilə toplaşmaq və əlbir olmaq” ittihamları irəli sürülüb.

Həbs cəzası ilə yanaşı, Ramin Qaşqayi Qorbaçinin iki il müddətinə ölkədən çıxışına qadağa qoyulub. O, həbsdən sonra iki il Sistan və Bəlucistan əyalətində sürgün cəzasına məhkum edilib.

Qeyd edək ki, azərbaycanlı fəal 12 mart 2023-cü ildə Qəzvin şəhərində rejimin məmurları tərəfindən yaxalanıb. O, may ayının əvvəllərində girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər Qəzvinin Çubindər həbsxanasından azadlığa buraxılmışdır.

Həmçinin yoxlayın

Pezeşkian dəyərsizləşmiş rialı dəyişir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pezeşkian İranda puldan 4 sıfırın silinməsi və rialın …

Zülmə məruz qalan Qaşqay türkləri Güney Azərbaycandan dəstək istədilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqay türkləri geyim və mədəniyyətlərinə qarşı tətbiq edilən …