Bazar , Oktyabr 18 2026
azfa

Azərbaycanlı fəal Yürüş Mehrəlibəyli hələ də qeyri-müəyyən vəziyyətdə ETTELAAT İdarəsində həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Yürüş Mehrəlibəylini hələ də qeyri-müəyyən vəziyyətdə ETTELAAT İdarəsində həbsdə saxlanır.

Artıq Yürüş Mehrəlibəylinin həbsindən 80 gündən çox vaxt keçməsinə baxmayaraq, o, hələ də Təbrizdə rejimin ETTELAAT İdarəsinin təcridxanasında həbsdə saxlanılır. Azərbaycanlı milli fəalın barəsində həbs qətimkan tədbiri daha bir ay uzadılıb.

Məlumata görə, fəalın yaxınlarından biri onun həbsinin davam etməsi barədə deyib:

“Yürüş hələ də ailəsi ilə əlaqə saxlamaq və görüşmək imkanından məhrumdur və bu da onun yaxınlarının narahatlığını artırıb. Bu yaxınlarda onun həbs qərarı daha bir ay uzadılıb”.

Qeyd edək ki, irqçi fars-molla rejimi Güney Azərbaycanda çox sayda azərbaycanlı fəalı həbs edib. Onların bir sırası müvəqqəti azadlığa çıxsa da çoxu hələ də həbsdə saxlanılır.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …