Şənbə , Sentyabr 19 2026
azfa

Azərbaycanlı fəal zaminliyə buraxılması üçün vəsiqə təyin edilsə də zindanında saxlanılır

GADTB: İrqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı fəal Kazım Səfabəxş zaminə buraxılsa da, o hələ də Qəzvində həbsdə saxlanılır.

Molla rejimin ETTELAAT məmurları isə azərbaycanlı milli fəalın telefonu ilə internetdə sosial şəbəkərlərə giriş edirlər.

Bir müddət öncə Qəzvinin Sərdar Azadeqan stadionunda rejimin ETTELAAT qüvvələri tərəfindən həbs edilən güneyli milli fəal və “Traxtur” futbol komandasının azarkeşlərinin lideri Kazım Səfabəxş 400 milyon tümənlik girov təqdim etməsinə baxmayaraq, təhlükəsizlik orqanlarının maneələri üzündən hələ də zaminə buraxılmayıb.

Azərbaycanlı milli fəalın “İnstaqram” və “Telegram” hesabları bloklandıqdan sonra dəfələrlə aktiv olub ki, bu da onu deməyə əsas verir ki, təhlükəsizlik orqanları onun mobil telefonuna daxil olaraq hesablarına nəzarət edirlər.

“İctimai asayişi pozmaq” və “separatçı qruplara üzv olmaq”da ittiham edilən fəal 400 milyon tümənlik girov qarşılığında Qəzvin həbsxanasından zaminə buraxılıb.

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …