Cümə axşamı , Sentyabr 24 2026
azfa

Azərbaycanlı fəallar Əcəbşerdə 21 Fevral- Beynəlxalq Ana Dili Günü münasibətilə türkcə kitablar payladılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Əcəbşer şəhərində azərbaycanlı fəallar 21 Fevral- Beynəlxalq Ana Dili Günü münasibətilə  türkcə kitablar paylayıblar.

Azərbaycanlı fəallar fevralın 19-da Güney Azərbaycanın Əcəbşer şəhərində milli-mədəni fəallar uşaqlar arasında Azərbaycan türkcəsində uşaq nağılları və hekayələrindən ibarət kitablar paylayıblar.

Qeyd edək ki, hər il Güney Azərbaycanın müxtəlif şəhərlərində yeni təhsil ilinin başlanması, 21 Fevral – Beynəlxalq Ana Dili Günü və 17 dekabr türkcə kitabların yandırılmasının ildönümü ilə bağlı ana dilində kitablar paylanılır.

Bu günə kimi çox sayda azərbaycanlı milli-mədəni və anadilində təhsil tələb edən fəal  qondarma ittihamlarla uzun müddətli həbs cəzalarına məhkum edilib. bu haqlı tələblərlə bağlı Abbas Lisani, Əlirza Fərşi, Əli və Rza Vasiqi qardaşları, Tohid Əmirəmini, Məhəmməd Eyni, Əkbər Nəimi, Ruzbeh Piri və s. azərbaycanlı fəallar ana dili uğrunda apardıqları dinc fəaliyyətlərinə görə hələ də həbsdədirlər.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …