GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, azərbaycanlı milli-mədəni fəallar Heyran gədiyinin Güney Azərbaycanda Ərdəbil vilayətindən qoparılaraq Gilana birləşdirilməsinə etiraz olaraq aprel ayının 4-də Heyran gədiyi tunelinin girişinə banner asıblar.
Heyran gədiyinin körpüsündən asılan bannerin üzərində “Heyran yox, bəlkə Ənzəlinin o tayı həddindən Azərbaycan torpağıdır” cümləsi yazılmışdır.
Qeyd edək ki, irqçi fars rejimi Azərbaycan ərazilərini parçalayıb müxtəlif vilayətlərə verdikdən sonra, indi də Heyran gədiyini Azərbaycandan qoparıb Gilana birləşdirmək istəyir. Güney Azərbaycanda fəallar isə buna ciddi etiraz edir və hətta Azərbaycandan qoparılaraq Gilana birləşdirilən Astaranın da Azərbaycana qaytarılmasını tələb edirlər.