Bazar , Dekabr 22 2024
azfa

Azərbaycanlı fəallar molla rejimin həbs etdiyi fəalların posterləri ilə şəhəri bəzədilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup azərbaycanlı fəal molla rejimin həbs etdiyi azərbaycanlı fəallara azadlıq tələbilə onların posterləri ilə şəhəri bəzədilər.

Güney Azərbaycan Milli Hərəkatının bir qrup fəalı dünən Ərdəbil şəhərində bir müddət öncə həbs edilən milli fəalların şəkillərini çap edib və şəhərin müxtəlif yerlərinə yapışdıraraq onlara dəstək nümayiş etdiriblər.

Qeyd edək ki, irqçi fars-molla rejimi Urmiya gölünün qurudulmasına etiraz edən çox sayda azərbaycanlı fəalı həbs edib.

Bu haqsız həbslər isə azərbaycanlı fəalların etirazı ilə qarşılaşıb. Azərbaycanlı fəallar İran rejimi tərəfindən milli fəalların həbsinə etiraz olaraq belə aksiyalar keçirirlər. Bundan öncə belə aksiya Təbriz şəhərində keçirmişdilər.

Həmçinin yoxlayın

Pezeşkian dəyərsizləşmiş rialı dəyişir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Pezeşkian İranda puldan 4 sıfırın silinməsi və rialın …

Zülmə məruz qalan Qaşqay türkləri Güney Azərbaycandan dəstək istədilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqay türkləri geyim və mədəniyyətlərinə qarşı tətbiq edilən …