Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Azərbaycanlı  fəallar Sima Əlipur və həyat yoldaşı Davud Dirəxşan vəsiqə qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz sakini olan azərbayanlı cütlük Sima Əlipur və həyat yoldaşı Davud Dirəxşan girov qarşılığında məhkəməyə qədər zaminə buraxılıblar.

Azərbaycanlı fəallar iyunun 6-da 200 milyon tümənlik girov qarşılığında zaminə bildirilir.

Azərbaycanlı fəallar mayın 29-da İranın ETTELAAT İdarəsinin əməkdaşlarının evlərinə hücum etməsi ilə yaxalanmışdılar.

Evə hücum edən rejimin məmurları onların şəxsi əşyaları, o cümlədən notbuk, mobil telefon və kitablarını özləri ilə aparıblar.

 Fəalların verdikləri məlumata görə, qanunsuz həbslərinə etiraz edən Sima Əlipur yaxalandıqları gündən aclıq aksiyasına başlayıb və ürək xəstəliyindən əziyyət çəkən fəalın iyunun 5-də durumu dahada ağırlaşıb.

İran rejimi azərbaycanlı cütlüyü “Sistemə qrşı təbliğat və müxalif qruplara üzv olmaq”da ittiham edib.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Türk TV”-də çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …