Cümə , Avqust 28 2026
azfa
Qaynar xəbər

Azərbaycanlı fəallar Təbrizdə Əlirza Fərşiyə azadlıq tələb etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərində bir qrup azərbaycanlı fəal iyulun 5-də azərbaycanlı siyasi məhbus Əlirza Fərşiyə azadlıq tələb etdilər.

Azərbaycanın xalq qəhrəmanı Babək Xürrəminin doğum günündə azərbaycanlı milli fəallar eyniz amanda İran həbsdə saxladığı azərbaycanlı siyasi məhbus Əlirza Fərşiyə azadlıq tələbilə çoxsaylı vərəqələr çap edib paylayıblar.

Azərbaycanlı fəallar  üzərində “Əlirza Fərşi, İnsan azadlığa məhkumdur”, “Azərbaycan türk millətinin milli qəhrəmanı ata Babəkin doğum günü qutlu olsun” şüarlar  yazılmış poster və vərəqələri Təbriz küçələrində divarlara yapışdırıb və ya əhaliyə paylayıblar.

Əlirza Fərşi həbsdə olduğu müddətdə xəstəliklərə düçar olub və vəziyyəti ağırdır.

Qeyd edək ki, Əlirza Fərşi 2014-cü ildə isə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi.

Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə Əlirza Fərşiyə 50 ay cəzası çıxarıb. Bundan başqa, fəal Tehran zindanında 2 ay icbari işləmək cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Mir Məhəmmədrza Müvəhhidin Təbriz Mərkəzi Həbsxanasının 3-cü ümumi bölməsinə köçürüldüyü bildirilir

GADTB: Azərbaycanlı milli fəal Mir Məhəmmədrza Müvəhhid hökmünün icrası üçün müraciət etdikdən sonra Təbriz Mərkəzi …

Çəmlidə Koroğlu harayı: Tikantəpədə minlərlə türkün iştirakı ilə Koroğlu festivalı keçirilib – VİDEO

GADTB: Tikantəpənin Çəmli gölü İranın siyasi-coğrafi sərhədləri daxilində yerləşən müxtəlif bölgələrdən gəlmiş çoxsaylı türklərin geniş …