GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup azərbaycanlı fəal Təbrizdə rejimin həbs etdiyi fəallarla bağlı aksiya keçirdilər. Onlar Təbrizin müxtəlif bölgələrində həbs edilən milli fəalların posterləri yayıblar.
Divarlara yapışdırılan posterlərdə “Azadlıq, Ədalət, Milli hökumət!” şüarları yazılıb və qondarma ittihamlarla həbs edilən fəalların azadlığı tələb edilib.
Onların hüquqlarının müdafiəsi, azərbaycanlıların və hüquq müdafiəçilərinin diqqətini cəlb etmək üçün oxşar aksiyaların keçiriləcəyi bildirilib.
Qeyd edək ki, son ay ərzində Güney Azərbaycanın Təbriz, Qoşaçay, Ərdəbil, Urmiya və başqa bir neçə şəhərində çox sayda fəal həbs edilib.