Bazar , Oktyabr 18 2026
azfa

Azərbaycanlı fəallar Təbrizdə Urmiya gölünün qurudulmasına etiraz olaraq posterlər yaydılar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Güney Azərbaycanın Təbriz şəhərində azərbaycanlı milli-mədəni fəalar Urmiya gölünün qurudulmasına etiraz olaraq posterlər hazırlayaraq yaydılar.

Təbrizdə divarlar və müxtəlif yerlərə yapışdırılan posterlərdə “18 milyard kubmetr suyu bəndlərin arxasında saxlayıb və su yoxdur deyirlər” şüarı yazmaqla İran rejiminin gölə axan çaylkarın qarşısını kəsməklə gölü qurutduğuna etiraz ediblər.

Bundan öncə isə Ərdəbil şəhərində “Oyan Azərbaycan, Urmu gölü susuzdur” və “16 milyon türk köçməyə hazır olsun” şüarı yazılmış posterlər yayılmışdı.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …