Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Azərbaycanlı fəallar Tehranda vərəqələr yayladı; Tehran qeyri-fars millətlərin sürgün yerinə çevrilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup azərbaycanlı fəal Tehranda martın 12-də Tehran şəhərinin bir çox bölgələrində İran hökumətinin ayrı-seçkilik siyasətlərinə etiraz olaraq üzərinə şüarlar yazılmış vərəqələr yayıblar.

Azərbaycanlı fəallar bununla son yüz ildə Azərbaycan millətinə qarşı sistematik ayrı-seçkiliyə reaksiya verib və xalqı xilas etməyin yeganə yolunun müstəqillik olduğunu bəyan ediblər.

Azərbaycanlı fəalların şəhərdə yaydığı yazılı vərəqələrdə “Tehran qeyri-fars millətlərin iqtisadi sürgün mərkəzi”, “Müstəqillik qeyri-fars xalqların yeganə çıxış yoludur” şüarları əks olunub.

Həmin vərəqələri yaymaqla son 100 ildə mərkəzi hakimiyyətin Azərbaycan türklərinə və başqa qeyri-farslara qarşı sistemli zülmünə etirazlarınıbildiriblər.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …