Bazar , Oktyabr 18 2026
azfa

Azərbaycanlı fəallar Xoyun zəlzələ bölgəsində əhaliyə əyləncə təşkil ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup azərbaycanlı milli fəal fevralın 17-də günorta saatlarında Xoy bölgəsinin Var kəndində zəlzələ qurbanlarının əhval-ruhiyyəsini yüksəltmək üçün əyləncə mərasimi təşkil ediblər.

Təşkil olunan mərasimdə Durna musiqi qrupunun rəhbəri Babək Təbrizi, Barış rəqs qrupunun rəhbəri Peyman İbrahimi, Ayıl rəqs qrupunun rəhbəri Şahin Bərzigər, eləcə də Təbriz və Xoyun bir qrup milli fəalı iştirak ediblər.

Eyni zamanda azərbaycanlı fəallar Beynəlxalq Ana Dili Günü ərəfəsində uşaq və yeniyetmələr arasında yüzlərlə türkcə kitab paylayıblar.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …