Cümə axşamı , Oktyabr 1 2026
azfa

Azərbaycanlı fəallar yeni təhsil ili ilə bağlı Səreyn şəhərində onlarla türkcə kitab paylayıblar- Video

GADTB: Yeni təhsil ilinin başlanması ilə bağlı çərşənbə günü, 2025-cü il sentyabr 22-də, Azərbaycan Milli Hərəkatının fəalları ölkənin təhsil sisteminin təkdilli olmasına etiraz edərək, Ərdəbil vilayətinin Səreyn şəhərində azərbaycanlı uşaqlar arasında yüzlərlə türkcə uşaq kitabı paylyıblar.

Paylanan kitablarda əsasən dil təhsili və türk uşaq hekayələri yer alıb və kitabların paylanması zamanı uşaqlara və onların valideynlərinə dil hüquqları, ana dilində təhsilin faydaları haqqında məlumat verilib.

Qeyd edək ki, irqçi fars-molla rejimi bu coğrafiyada yaşayan xalqların bütün maddi və mənəvi haqlarına məhəl qoymur. Türk, ərəb, bəluc, türkmən və başqa millətlər Pəhləvi rejimindən bəri illərdir ki, İran mərkəzi hökumətinin mərkəzçi və şovinist siyasəti ilə mübarizə aparır.

İranda yaşayan türklər öz ana dilində təhsil almaq, öz ana dilində milli qəzet və televiziyaya sahib olmaq kimi bir çox əsas hüquqlarından məhrumdurlar. Buna görə də azərbaycanlı fəallar belə münasibətlərdə azərbaycanlı uşaqlara türk dilində çap edilmiş kitablar paylayırlar.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Yusif Sələhşur elektron qandalla məzuniyyətə buraxılıb

GADTB: Güney Azərbaycanlı milli fəal Yusif Sələhşur bir il müddətinə azadlıqdan məhrumetmə cəzasının icrası üçün …

Türk Dövlətləri Təşkilatın;n müdafiə sənayesi qurumları rəhbərlərinin iclası keçirilib

GADTB: “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində oktyabrın 1-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv …