Çərşənbə , Noyabr 11 2026
azfa

Azərbaycanlı fəallar yenicə azadlığa çıxan İsrafil Fətullahzadə ilə görüşüblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Əhər şəhərindən olan azərbaycanlı fəal İsrafil Fətullahzadə bir neçə gün öncə Əhər şəhərinin zindanından azadlığa çıxdıqdan sonra bu gün azərbaycanlı milli-mədəni fəallar onunla görüşə gediblər.

Azərbaycanlı fəal məzuniyyətə göndərilib və məzuniyyət müddəti bitdikdən sonra zindana geri qayıtmayacaq. Çünki, onun 7 aylıq həbs müddətinin bitməsinə 40 gün qalır.

Qeyd edək ki, İsrafil Fətullahzadə yanvar ayının 30-da 7 aylıq həbs cəzasını çəkmək üçün rejimin məmurları tərəfindən Əhərdə həbs edilmişdi. Onun Azərbaycan türklərinin “Fitilə” proqramında təhqir edilməsinə etiraz ilə bağlı həbsə məhkum edildiyi bildirilir.

İsrafil Fətullahzadə ondan öncə, 20 fevral 2014-cu ildə “Beynəlxalq Ana Dili” günü münasibətilə keçirilən tədbirlərə qatıldığına görə İran təhlükəsizlik məmurları tərəfindən yaxalanmışdı.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …