Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Azərbaycanlı fəallardan həbsdə sağlıq durumu pisləşən azərbaycanlı fəala dəstək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup azərbaycanlı fəal həbsdə sağlıq durumu pisləşən azərbaycanlı fəala dəstək nümayiş etdiriblər.

Onlar Təbrizdə müxtəlif yerlərə milli fəal və idmançı Kərim İsmailzadənin şəkli və “Azadlıq, Ədalət, Milli hökumət” şüarı yazılmış vərəqələr yapışdırıblar.

Qeyd edək ki, Urmu-Araz üçün birlik kampaniyasına görə “insanları kiberməkanda zorakı hərəkətlərə təhrik və dəvət etmək”də günahlandırılan İsmayılzadə aprel ayının 17-də həbs edilib və 6 aylıq məhkumluq dövrünü keçirmək üçün Təbriz həbsxanasına köçürülüb.

Bir neçə xəstəlikdən əziyyət çəkən fəal iyunun 25-də mədə qanaxması səbəbindən polis nəzarətində xəstəxanaya köçürülüb.

Həmçinin yoxlayın

Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

GADTB: Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi, lisenziyalaşdırma, yoxlamalar və fövqəladə hallara hazırlıq sahələrində …

Urmiya şəhərində xarici səfirlər və diplomatlar Azərbaycan geyimi və türkcə şeirlə qarşılanıb – VİDEO

GADTB: Urmiya şəhərinin meri, İslam Şəhər Şurasının sədri və üzvlərinin dəvəti ilə xarici ölkələrin səfirləri …