Cümə , Aprel 26 2024
azfa

Azərbaycanlı fəallardan İran rejiminin Azərbaycana ayrıseçkilik və zülm siyasətinə etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində azərbaycanlı fəallar böyük banner və plakat açmaqla İran rejiminin Güney Azərbaycana qarşı ayrıseçkilik siyasəti, iqtisadi zülm və qiymət artımına etirazlarını bildiriblər.

Plakatda yazılıb: “Antitürk İran rejimi tərəfindən qiymətlərin zalimcəsinə artırılması Azərbaycanda bütün təbəqələri, xüsusilə işçiləri və yoxsul əhalini ciddi maliyyə və sosial problemlərlə qarşı-qarşıya qoyub. Azərbaycan Milli Hərəkatı- Ərdəbil”.

Qeyd olunan plakatın azərbaycanlı fəallar tərəfindən Ərdəbilin parklarının birində quraşdırılması ilə onlar İran rejiminin zülm və ayrıseçkilik siyasətinə etiraz ediblər.

Qeyd edək ki, İran rejimi tərəfindən qiymətlərin kəskin artırılması, vergi və s. rüsumların yüksək səviyyədə artırılması əhalinin dolanışığını çətinləşdirib. İranın irqçi fars-molla rejimi bu yolla əhalinin cibinə girib Suriya, İraq, Yəmən, Livan və s. yerlərdə saxladığı terrorçu dəstələrin xərcini təmin edir.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …