Şənbə , Oktyabr 17 2026
azfa

Azərbaycanlı fəalların ədalətsiz həbs qərarlarına etiraz olaraq kampaniyaya başlanıldı

Güney Azərbaycan Milli Hərəkatının bir qrup fəalı molla rejimin həbsdə saxladığı və onlara qarşı heç bir günahı olmadan ağır və ədalətsiz hökmlərin çıxarılmasına etiraz olaraq imzatoplama kampaniyasına başlayıblar.

İmza kampaniyasında toplanan imzalar BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının ofisinə və digər beynəlxalq təşkilatlara təqdim olunacaq.

Milli fəallar zindana salınan azərbaycanlı fəalların adlarını yazaraq qeyd ediblər: “Ayaz Seyfxah 13 il, Bağır Hacızadə 13 il, Araz Amani 13 il, Tahir Nəqəvi 6 il, Əbdüləziz Əzimi Qədim 6 il, Murtuza Pərvin 6 il, Məhəmmədrza Fəqihi 5 il, Hüseyn Piri 5 il, Salar Tahir Əfşar 5 il, Səid Minayi 5 il, Vədud Əsədi dörd il 6 ay, Kamal Nuri üç il, Süleyman Məhəmmədi üç il, Həsən İbrahimi üç il həbs cəzasına məhkum olunub”.

Sonda fəallar “Haqqı, ədaləti imza ilə müdafiə edək və qlobal dəstəyimizi göstərək!” deyə vurğulayıblar.

İmza kampaniyasının linki: (https://chng.it/8BRWBkWhrn)

Həmçinin yoxlayın

Tanınmış Azərbaycan şairi, “Ayrılmaz” təxəllüslü Yaqub Əhmədvənd vəfat edib

GADTB: “Ayrılmaz” təxəllüsü ilə tanınan, müasir Azərbaycan ədəbiyyatının görkəmli şairlərindən Yaqub Əhmədvənd bir müddət xəstəlikdən …

SEPAH zabitləri Yəməndə ön cəbhədə husilərin hücumlarını yönləndirməyə kömək edirlər

GADTB: İran İslam Respublikası Yəməndəki husilərə hərbi, kəşfiyyat və əməliyyat dəstəyini artırıb. Tehran Səudiyyə Ərəbistanına …