Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Azərbaycanlı fəalların etirazı nəticəsində antitürk kürdün Nizami konfransına dəvətnaməsi ləğv edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli fəalların və mədəniyyət xadimlərinin etirazlarından sonra türk düşməni olan kürd yazıçı və Fars Dili Akademiyasının üzvü Qütbəddin Sadiqinin Təbrizdə Nizami Gəncəvi konfransına dəvətnaməsi ləğv edilib.

Qeyd edək ki, Nizami Gəncəvi ilə bağlı heç bir tədqiqat işi olmayan və II Qarabağ müharibəsi zamanı özünün sosial şəbəkə hesabı və İran mediasında Azərbaycana qarşı qərəzli və irqçı çıxışları ilə yadda qalan Qütbəddin Sadiqinin həmin konfransa dəvət olunmasının Azərbaycana qarşı fitnəkarlıqdan başqa bir şey olmadığı kimsəyə sirr deyil.

Türk düşməni olan Qütbəddin Sadiqi qeyd olunan qərəzli çıxışlarına görə, azərbaycanlıların etirazı ilə qarşılaşmış və Şərqi Azərbaycan İfaçılıq Sənətləri Dərnəyi onun barəsində rəsmi olaraq şikayət etmişdi.

Təbrizin “Azərəncümən” xəbər saytı Nizami ilə bağlı ciddi araşdırmaları olmayan, yalnız Nizaminin anasının kürd olması barədə əsassız iddianı hər yerdə təbliğ edən bu şəxsin Təbrizə dəvət olunmasını yersiz və qərəzli iş olduğunu bildirmişdi.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …