Şənbə , Dekabr 14 2024
azfa

Azərbaycanlı fəalların müqaviməti nəticəsində Gölbaşı küçəsinin adı qaytarıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəalların müqaviməti nəticəsində adı farscaya tərcümə edilərək dəyişdirilən Gölbaşı küçəsinin adı qaytarılıb. Artıq küçənin tablosunda Gölbaşı sözü yazılıb.

Qeyd edək ki, irqçi fars rejimin Təbriz bələdiyyəsindəki əlaltıları şəhərin Küçəbağ məhəlləsində yerləşən Gölbaşı küçəsinin adını farslaşdırmışdılar.

Rejim Azərbaycan türk millətinə qarşı mənəvi soyqırım siyasətinin davamında küçənin türkcə adını farscaya dəyişdirərək Səreistəxr adlandırmışdılar.

İrqçi fars rejim Pəhləvi rejiminin irqçi və Antiazərbaycan siyasətini davam etdirərək, Azərbaycan türk millətini məhv etmək məqsədilə türk mənşəli yer adlarını farslaşdırır.

Həmçinin yoxlayın

İranın zəifləməsinin açarı Türkiyədir

GADTB:  “Türkiyə İranın zəiflədilməsi və Ukraynadakı müharibənin başa çatdırılması üçün açardır”. Bunu ABŞ-ın BMT-dəki keçmiş …

Azərbaycanlı reper və milli fəal Milad Cəlilinin cəza müddəti başa çatıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı reper və milli fəal Milad Cəlilinin 8 …