Çərşənbə , Oktyabr 14 2026
azfa

Azərbaycanlı həkim və fəal Əli Əkbər Süleymanlı qəzada həyatını itirdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanlı həkim və fəal Əli Əkbər Süleymanlı qəzada həyatını itirib.

“Ölüm Yolu” kimi tanınan Dizəcdiz-Xoy yolunda baş verən qəzada həkim və tələbə hərəkatı fəalı Əli Əkbər Süleymanlı həyatını itirib.

Qəza zamanı iki avtomobil toqquşub, nəticədə iki nəfər həyatını itirib.

Yerli mənbələri  qəzanın müvafiq yol infrastrukturunun olmaması səbəbindən baş verdiyini yazırlar.

Qeyd edək ki, Əli Əkbər Süleymanlı Xoyi Xəstəxanasının gənc həkimi, Azərbaycanın tələbə fəalı və Həmədan Tibb Elmləri Universitetində Şəhriyar tələbə təşkilatının keçmiş katibi idi.

Həmçinin yoxlayın

Məhdi Purmurad Urmiya həbsxanasında aclıq aksiyasına başlayıb

GADTB: Urmiya Mərkəzi Həbsxanasında 18 il müddətinə azadlıqdan məhrum edilmiş siyasi məhbus Məhdi Purmurad tibbi …

Donald Tramp: İranla bağlı qərarı çox yaxın zamanda verəcəyik

GADTB: ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də, çərşənbə axşamı jurnalistlərlə söhbəti zamanı husilərin fəaliyyəti və …