Cümə axşamı , Aprel 25 2024
azfa

Azərbaycanlı işçi fəalı Arəş Cohəridən açıq məktub: “Həyat yoldaşımı İran rejimi girov götürərək həbs edib”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Muğan bölgəsindən olan azərbaycanlı işçi fəalı Arəş Cohəri açıq məktubla həyat yoldaşı Şadi Giləkin İran dövləti tərəfindən girov götürülərək həbs edildiyini yazıb.

Tehranın Evin zindanında 16 illik həbs cəzasını çəkən işçi fəalı bununla bağlı yazdığı açıq məktubda bildirib: “Həyat yoldaşım rejimin girov götürmə siyasətinin qurbanı olub. ETTELAAT məmurları həyat yoldaşıma qarşı cinayət işi açaraq mənə təzyiq göstərmək istəyirlər”.

O məktubunda yazıb ki, yaxalandığı zaman rejimin təhlükəsizlik məmurların özünə və ana dilinə qarşı təhqiramiz ifadələr işlədib, istintaqda isə məcburi etiraf verməyə razı olmadığı üçün həyat yoldaşına qarşı cinayət işi açılacağı ilə hədələnib.

Artıq Arəş Cohərinin həyat yoldaşı Şadi Gilək yanvarın 8-də bir illik həbs cəzasını çəkmək üçün zindana köçürülüb.

Bundan öncə 2021-ci ilin noyabr ayının sonunda isə Arəş Cohərinin anası videomüraciət yaymaqla ailəsinə qarşı təzyiq göstərildiyini açıqlayaraq demişdi ki, bir müddət öncə Tehran məhkəmə sisteminin rəisi zindanda Arəş Cohəri də daxil olmaqla bir sıra məhbuslarla görüş keçirib və demişdi ki, məzuniyyətə buraxılmaq üçün ailələri müraciət etməlidir. Lakin məhkəmə rəisinin vədləri yerinə yetirilməyib və o iki aydır hər həftə Muğandan Tehrana gəlməsinə baxmayaraq, oğlunun məzuniyyətə buraxılmasına nail olmuyub.

Arəş Cohərinin anası həmçinin demişdi: “İki aydır Tehrana gəlib, nazir və başqa əlaqədar qurumlara müraciət edirəm. Hər dəfə qarşıdakı həftə müraciə elə deyib məni geri qaytarırlar. Son müraciətimdə isə Arəşin məzuniyyətə buraxılmasına razılıq verilmədiyini dedilər”.

Qeyd edək ki, Azərbaycanlı işçi fəalArəş Cohəri 2020-ci il oktyabrın 5-də yaxalanaraq istintaq təcridxanasının təkadamlıq kamerasına köçürülmüşdü. O istintaq bitdikdən sonra girov qarşlığında məhkəməyə qədər zaminə buraxılmaq əvəzinə 16 il həbs cəzasının çıxarıldığı elan edilərək bir başa zindana köçürülmüşdü.

Həmçinin yoxlayın

Xocalı anım gününə divan tutan İran erməniləri Türkiyə və Azərbaycana qarşı mitinqə təşkilatlandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Xocalıya anım mərasiminə divan tutan irqçi fars-molla rejimi …

Türk ölkələri Azərbaycan-Qırğızıstan arasında mühüm sənədlər imzalandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və …