Şənbə , İyun 13 2026
azfa

Azərbaycanlı kinorejissor Cəfər Pənahiyə mükafat verildi; Fransa səfiri İran XİN-ə çağırıldı

GADTB: Fransanın Tehrandakı müvəqqəti işlər vəkili Fransanın xarici işlər nazirinin Güney Azərbaycandan olan kinorejissor Cəfər Pənahinin “Qızıl Palma budağı” mükafatı ilə bağlı söylədiyi fikirlərə etiraz olaraq İranın Xarici İşlər Nazirliyinə çağırılıb.

Vəkilin diqqətinə çatdırılıb ki, Fransa xarici işlər nazirinin bəyanatı İranın daxili işlərinə açıq-aşkar müdaxilə kimi qiymətləndirilib və ölkə İslam Respublikasına qarşı siyasi qərəzini irəli sürmək üçün kino tədbirinə ev sahibliyi etmək fürsətindən istifadə edib.

Xatırladaq ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro X sosial şəbəkəsindəki paylaşımında ​​Cəfər Pənahinin “Qızıl Palma budağı” mükafatını qazanmasını İranın repressiyalarına qarşı müqavimət əlaməti və dünyanın bütün azadlıq mübarizləri üçün bir ümid kimi qiymətləndirib.

Qeyd edək ki, İran və dünya kinosunun tanınmış simalarından biri, dünyada beynəlxalq və nüfuzlu festivalların bir çox mükafatlarının sahibi Güney azərbaycanlı Cəfər Pənahi 11 iyul 1960-cı ildə Şərqi Azərbaycan əyalətinin Miyana şəhərində anadan olub.

Həmçinin yoxlayın

CNN-in Azərbaycanla bağlı iddiası yalan çıxdı

GADTB: İyunun 5-də CNN-in “İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq …

Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib

GADTB: Şuşada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə …