Çərşənbə , Oktyabr 21 2026
azfa

Azərbaycanlı körpə Elana dörd aylıq mübarizədən sonra şəxsiyyət vəsiqəsi ala bildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı körpə Elananın valideynləri və azərbaycanlı hüquqşünas və Qərbi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasının üzvü Əsgər Məhəmmədi 3 ay 28 gün mübarizədən sonra azərbaycanlı körpəyə şəxsiyyət vəsiqəsi ala biliblər.

“Elana”nın atası Allahverdi qızının şəxsiyyət vəsiqəsini şəxsi İnstaqram səhifəsində yayıb və yazıb: “Faşizm və rasizmə qarşı mübarizə və müqavimət başa çatdı və nəhayət Elanaya şəxsiyyət vəsiqəsi ala bildik.

Elana dekabrın 10-da anadan olsa da, lakin rejim türk mənşəli adına görə körpəyə doğum şəhadətnaməsi verməmişdi.

İranın Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsi azərbaycanlı körpəyə türk mənşəli ada görə doğum şəhadətnaməsi verməkdən imtina edirdi.

Qeyd edək ki, irqçi fars-molla rejimi Güney Azərbaycanda Azərbaycan Türk Millətini bir millət kimi assimilyasiyaya uğradıb məhv etmək məqsədilə onlara öz övladlarına türk dilində ad qoymağı qadağan edib.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …