Azərbaycanlı mədəniyyət və incəsənət xadimləri yeni ili Urmu ili elan etdilər

Azərbaycanlı mədəniyyət və incəsənət xadimləri yeni ili Urmu ili elan etdilər.

GADTB: Azərbaycanlı mədəniyyət və incəsənət xadimlərinin bu barədə yaydığı bildirişi təqdim edirik:

Ata Babalarımızı, Bizi ve uşaqlarımızı qoynunda bəsləyən Umay Anamız, Sumerlərdən bizə pay qalan Azərbaycan adlanan bu muqəddəs vətən, əsirlər boyu yaxşı yaman günlərin tarixini alnına şərəf və hüriyətlə yazmışdır.

Bu şanlı yurdun köksündə obasını quran türk, əsirlər boyu öz kültür və mədəniyyətinə dayanaraq Yaşamışdır. Türkün diriliş və boy atdığı muqəddəs Urmu toprağı hər zaman Azərbaycanın çırpınan ürəyi və kültür ocağı olmuşdur.

Eyni zamanda canı, qanı və evladı bahasına qoruduğu bu topraqları, dostdan, qonaqdan, məzlumdan sığınandan əsirgəməyən, yurdunda onlara sığınacaq yer verən çörəyin, suyun onlarla paylaşan xalqdır bu topraqlarda  yaşayan Türk.

Bu gün xalqımızın hər zamandan daha çox Türk olduğuna, ana dilinə, və kültürünə maraq göstərməsi Türk düşmanı olan xarici gücləri rahatsız etmişdir. O üzdən Azərbaycanın kültür və mədəniyyət ocağı olan Urmu Türk Diyarında qonaqsevərlik bəzi yanlışlıqlara yol vermişdir. Bu üzdən bütün Türk xalqını Urmu mehvəriyətində birlik qurmağa çağırırıq. Biz ədəbiyat, incə sənət, fərhəng, hünər əhalisi 1403-cü ili “Urmu ili” elan edirik.

Umud edirik bu ildə açıq göz, saf ürək, təmiz fikrlərimizlə bütün şəxsi məsələlərdən uzaq əlimizdən gələni öz sənətimizlə Urmu üçün əsirgəməyək.

Hər şey birlik üçün

Hər şey dirilik üçün.

URMU ili mübarək olsun.

Həmçinin yoxlayın

Urmiyada 6 min bələdiyyə işçisi və əməkdaşının sığortası dayandırılıb

GADTB: Urmiya bələdiyyəsində çalışan təxminən 6 min işçi və əməkdaşın sığortasının dayandırılması onların və ailələrinin …

Zəncanda yenidən saxlanılan Leyla Cəfərlunun taleyindən məlumat yoxdur

GADTB: Zəncan şəhərindən olan azərbaycanlı gənc xanım Leyla Cəfərlunun yenidən saxlanılmasından bir neçə gün keçməsinə …