Cümə , Oktyabr 23 2026
azfa

Azərbaycanlı məhbus müəllimin durumu ağırlaşıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın Evin zindanında həbsdə saxlanılan azərbaycanlı müəllim və ictimai fəal Cəfər İbrahiminin sağlıq durumu ağırlaşıb.

Onun bağırsaq iltihabı xəstəliyindən əziyyət çəkdiyi, həbsxana rəhbərliyinin müalicəsinə icazə vermədiyi üçün həyatının təhlükədə olduğu bildirilir.

Cəfər İbrahimi İran Müəllimlər Birliyinin 2022-ci il 1 maya təyin etdiyi kütləvi etiraz aksiyalarından bir gün öncə, aprelin 30-da Rəsul Budaği, Əliəkbər Bağati və Məhəmməd Həbibi ilə birgə təhlükəsizlik məmurları tərəfindən saxlanılıb.

O, “əlbir olmaq və toplaşmaq”, habelə “hökumət əleyhinə təbliğat” ittihamlarına görə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Müəllimlər Həmkarlar İttifaqı Koordinasiya Şurasının fəal üzvü olan Cəfər İbrahimi Həmədan şəhərindəndir. O, İranda ana dilində təhsilin tərəfdarlarından və müəllimlər arasında bu sahənin tanınmış fəallarındandır.

Həmçinin yoxlayın

Türkmənlərin “Çay Qovşan” mədəni-idman klubu “Mələvan” və “Traxtur” komandalarının oyunu zamanı səsləndirilən irqçi şüarları pisləyən bəyanat yayıb

GADTB: Günbəd Kavus şəhərinin “Çay Qvoşan” mədəni-idman klubu Ənzəli şəhərinin “Mələvan” komandası ilə Təbrizin “Traxtur” …

Şərqi Türküstanda ana dilində danışdıqlarına görə təxminən 100 uyğur polis əməkdaşı işdən çıxarılıb

GADTB: “Azad Avropa Radiosu”nun 16 oktyabr 2026-cı il tarixli məlumatına görə, Şərqi Türküstanın Qulca şəhərində …