Şənbə , Dekabr 21 2024
azfa

Azərbaycanlı millət vəkilləri irqçi farsların türk millətini təhqir etməsinə etiraz etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Urmiya və Təbriz şəhərlərinin millət vəkillərindən bir neçəsi irqçi farsların Tehranda Traxturla Piruzi arasında keçirilən yarışda Azərbaycan türk millətini təhqir etmələrinə etiraz ediblər.

Urmiyadan millət vəkili Nadir Qazipur və Təbrizdən Məhəmmədhüseyn Fərhəngi rejim İdman nazirinə birgə məktub ünvanlamaqla stadionda türk millətini ən iyrənc söyüşlərlə söyüb, təhqir edənlərin cəzalandırılmasını tələb ediblər.

Urmiyadan millət vəkili Həzrətpur isə rejimin baş prokuroru Müntəziriyə müraciət edərək Azərbaycan türkləri və Traxtur tərəfdarlarını irqi cəhətdən təhqir edən və bu mövzuda videolarını paylaşan şəxslərin məsuliyyətə cəlb edilib cəzalandırılmasını tələb edib.

Həmçinin yoxlayın

Suriyada PKK/YPG terror təşkilatına qarşı hücuma hazırlıqlar gedir

GADTB: PKK/YPG terror təşkilatı həm mənəvi cəhətdən, həm də faktiki olaraq böhran içindədir. 25 min …

Azərbaycan Milli Hərəkatının fəalı Hüseyn Xürrəmi Dağdağan vəfat edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Hərəkatının fəalı Hüseyn Xürrəmi Dağdağan cümə …

Bir cavab yazın