Şənbə , Aprel 20 2024
azfa

Azərbaycanlı milli fəal Cəfər İsmayılzadənin zaminə buraxılmasına icazə verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin təxminən 2 ay öncə həbs etdiyi azərbaycanlı milli-mədəni fəal Cəfər İsmayılzadənin girov qarşılığında məhkəməyə qədər zaminə buraxılmasına icazə verilmir.

Halbuki, azərbaycanlı fəal Cəfər İsmayılzadənin iyunun 16-da 250 milyon tümən girov qarşılığında zaminə buraxılmasına qərar verilərək, rejimin Təbrizdəki zindanının karantin bölməsinə, daha sonra isə zindanın 3-cü bölməsinə köçürülüb. Zaminə buraxılma ilə bağlı qərarın isə icrasına icazə verilməyib.

Qeyd edək ki, iyunun 7-də Təbrizdə azərbaycanlı milli-mədəni fəal Cəfər İsmayılzadə İranın terrorçu Sepah təşkilatının məmurları tərəfindən öz evinin qarşısında yaxalanmışdı.

İran rejiminin terrorçu Sepah qüvvələri milli fəalın evində axtarış aparıb, ona məxsus yaddaş kartlarını və oğlu Miladın (Atilla) mobil telefonunu da özləri ilə götürmüşdülər.

Bundan əvvəl isə Cəfər İsmayılzadə və oğlu dinc mədəni fəaliyyətlərinə görə dəfələrlə saxlanılıb və təzyiqlərə məruz qalmışdılar.

2020-ci ilin iyun ayında İsmayılzadə və oğlu Milad Təbrizin İnqilab Məhkəməsinin qərarı ilə “hökumətə qarşı təbliğat fəaliyyəti”ndə ittiham olunaraq 6 ay həbs cəzasına məhkum edilib və Təbriz zindanına salınmışdılar.

Cəfər İsmayılzadə Kikboks üzrə hakim və müəllim, oğlu isə bu idman növü üzrə İran birincisi olmaqla yanaşı, beynəlxalq yarışlarda medallar qazanıb.

Həmçinin yoxlayın

Türkiyə Azərbaycan və Ermənistan arasındakı anlaşmanı alqışladı

GADTB: Türkiyə Azərbaycan və Ermənistan arasındakı 4 kəndin qaytarılmasına dair anlaşmanı alqışlayıb. Türkiyə Xarici İşlər …

Molla rejimi həbs etdiyi Kərim İsmayılzadəyə dərmanlarının çatdırılmasına mane olub

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Kərim Bokserin dərmanlarının zindanda ona …