Azərbaycanlı milli fəal Murtəza Pərvinin həbs cəzası azaldılmayacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal Murtəza Pərvinin həbs cəzası azaldılmayacaq.

Tehranın Evin zindanında saxlanılan azərbaycanlı sənətçi və milli fəal Murtəza Pərvin yaxınlarına zəng edərək cəzasının azaldılmayacağını açıqlayıb.

Azərbaycanlı fəala göndərilən elektron bildirişdə bu barədə yazılıb: “Çoxsaylı cinayətlər, cinayət tərkibi, əfv və bağışlanma müraciətinin olmaması səbəbindən cəzanın azaldılması Pərvinin işinə şamil edilmir və o, “milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq” ittihamı ilə 6 il, “dövlət quruluşuna qarşı təbliğat aparmaq” ittihamı ilə isə 5 il həbs cəzasına məhkum edilir”.

Qeyd edək ki, Murtəza Pərvin 12 oktyabr 2024-cü ildə Tehranın İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən 6 il həbs və ictimai cəzalara məhkum edilib.

Azərbaycanlı fəal “Daxili/xarici təhlükəsizliyə qarşı cinayət törətmək üçün toplaşmaq və əlbir olmaq” ittihamı ilə 5 ilədək azadlıqdan məhrum etmə və aşağıdakı ittihamlarla:

Tehran İslam İnqilab Məhkəməsinin 15-ci şöbəsinin hakimi Əbulqasim Salavati tərəfindən “İran İslam Respublikası əleyhinə təbliğat” hökmü bir il həbs və iki il ictimai hüquqlardan və partiya və qruplara üzvlükdən məhrum edilib.

Molla rejimin Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi, Murtəza Pərvinə verilən 6 il həbs cəzasını və sosial sanksiyaları təsdiqləyib.

Həmçinin yoxlayın

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …

Şərqi Azərbaycan vilayətində çox sayda işçi işsiz qalıb

GADTB: Son bir neçə həftə ərzində Şərqi Azərbaycan əyalətində istehsalat sahələrində çalışan daha 2 min …