Çərşənbə , Sentyabr 23 2026
azfa

Azərbaycanlı milli fəal Ruzbeh Pirinin ailəsi fəalı həbs edən məmurların fəalı döydüklərinə görə məhkəməyə müraciət ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbrizdə həbs olunan azərbaycanlı milli fəal Ruzbeh Pirinin ailəsi Təbrizdə 16-cı Qolkar şöbəsinin müstəntiqinə müraciət edərək, həbs zamanı övladlarını döyənlərin qanun çərçivəsində cəzalandırılmasını istəyiblər.

Onlar həmçinin tibbi ekspertiza aparılması və döyülmə izlərinin dosyedə əks etdirilməsini tələb ediblər.

Qeyd edək ki, azərbaycanlı milli fəal Ruzbeh Piri, Azərbaycan Milli Hərəkatının tanınmış fəallarından, Nəvid Etidal öyrənci təşkilatının qurucusu və “Sultan Məhəmməd Fateh” kitabının tərcüməçisidir. O və qardaşı Yaşar Piri dəfələrlə mədəni fəaliyyətlərinə görə rejim tərəfindən həbs və təzyiqlərlə qarşılaşmışdır.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …