Cümə , Aprel 26 2024
azfa

Azərbaycanlı milli fəal Vədud Əsədi vəsiqə girov qoymaqla zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin yaxaladığı azərbaycanlı milli-mədəni fəal Vədud Əsədi 170 milyon tümənlik vəsiqə girov qoymaqla zaminə buraxılıb. O Gilanın Rəşt şəhərinin 2 saylı zindanın zaminə buraxılıb.

Qeyd edək ki, bir müddət əvvəl İran rejiminin məmurlarının yaxaladığı azərbaycanlı milli-mədəni fəal Vədud Əsədi Gilan əyalətinin Rəşt şəhərinin zindanına köçürülmüşdü.

Azərbaycanlı fəal Vədud Əsədi ailəsi ilə qısa müddətli telefon danışığı zamanı demişdi ki, noyabrın 22-də ETTELAAT İdarəsinin təcridxanasından Gilanın Rəşt şəhərinin 2 saylı zindanına köçürüldüyünü bildirmişdi.

İran rejiminin məmurları oktyabrın 30-da Gilanın Rəşt şəhərində yaşayan azərbaycanlı milli fəal Vədud Əsədinin evinə hücum etmişdi.

Rejimin məmurları Vədud Əsədini  yaxalayıb və ona aid kompüteri, eləcə də mobil telefonu müsadirə etmişdilər. Məmurlar həmçinin azərbaycanlı fəalın ailə üzvlərinə aid 4 ədəd mobil telefonu da özləri ilə aparmışdılar.

Bundan öncə Vədud Əsədi bir neçə dəfə İran rejiminin məmurları tərəfindən həbs olunub və ya rejimin məmurları tərəfindən təhdidlərə məruz qalmışdı.

Azərbaycanlı fəal İkinci Qarabağ savaşı zamanı da İranın Ermənistana yardımına etiraz etdiyi üçün 13 gün müddətinə yaxalanmışdı.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …