Cümə , Noyabr 29 2024
azfa

Azərbaycanlı milli fəalın məhkəmə dosyesi Marağa prokurorluğuna göndərilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda Marağa bölgəsində ekoloji fəlakətə səbəb olan “Kave Soda” fabrikinin azərbaycanlı mili fəal Səid Minaiyə qarşı şikayəti ilə bağlı məhkəmə işi Marağa prokurorluğuna göndərilib.

Səid Minai bu barədə sosial media hesabında paylaşım edərək yazıb: “Dünən mənə məhkəmədən elektron bildiriş göndərilib. Millətin hüquqlarını tələb etdiyim və müdafiə etdiyim üçün Marağa İnqilab Məhkəməsinin 15-ci bölməsi mənə 5 il həbs cəzası vermək istəyir”.

Qeyd edək ki, “Kave Soda” fabriki Güney Azərbaycanın ekologiyasına ciddi zərbə vuran zavodlardan biri hesab olunur. Bununla bağlı Səid Minai dəfələrlə məlumat paylaşaraq məsələni ictimailəşdirməyə çalışıb.

Həmçinin yoxlayın

Bəşar Əsədə müxalif qüvvələr bir çox strateji bölgələri azad etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə meyilli və Əsədə müxalif qüvvələr Hələb və …

Molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal vəsiqə qarşılığında zaminə buraxıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Milli Hərəkatının fəalı Cavid Nəzmi məhkəmə …