Çərşənbə , Oktyabr 21 2026
azfa

Azərbaycanlı milli fəallar Urmiya gölü aksiyalarına görə ETTELAAT tərəfindən təhdid edilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli fəallar Urmiya gölü ilə bağlı keçirilən aksiyalara görə ETTELAAT İdarəsinə çağrılıblar.

Son bir neçə gündə Güney Azərbaycanın müxtəlif şəhərlərində azərbaycanlı fəallar ETTELAAT İdarəsi tərəfindən zənglərlə hədələnib və ETTELAAT İdarəsinə çağrılıblar.  

Azərbaycanlı fəallar ETTELAAT İdarəsinin bu addımını son vaxtlar Azərbaycanın 15 şəhərində Urmiya gölü ilə bağlı aksiyaların keçirilməsi, poster, banner və vərəqələrin paylanması ilə bağlı olduğunu düşünürlər.

Həmçinin yoxlayın

Təbrizdə Vahid Vidafərin bir paylaşımı bəyənməsinə görə 75 gündür həbsdə saxlanıldığı və taleyinin qeyri-müəyyən olduğu bildirilir

GADTB: Təbriz şəhərində yaşayan Vahid Vidafər həbs olunmasından 75 gün keçməsinə baxmayaraq, hələ də taleyi …

Azərbaycanlı siyasi məhbuslara təzyiqlər artır: Milli fəallar Təbriz həbsxanasında ümumi cinayət məhbuslarının saxlanıldığı kameralara köçürülüb

GADTB: Yayılan məlumatlara görə, Azərbaycanlı siyasi məhbuslar Yürüş Mehrəlibəyli, Əli Babayi və Əli Nəjadabbasi Bostanabadinin …