Cümə axşamı , Avqust 27 2026
azfa

Azərbaycanlı milli-mədəni fəallar Şiri qardaşları yenidən məhkəməyə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yenicə sərbəst buraxılan azərbaycanlı milli-mədəni fəallar Əyyub və Davud Şiri qardaşları son müdafiələrini etmək üçün rejimin Təbrizdəki Ümumi və İnqilab Prokurorluğunun 15-ci şöbəsinə çağırılıblar.

Azərbaycanlı fəallara müstəntiq Seyid Əli Musəvinin imzası ilə göndərilən çağırışda, onlar “Sistemə qarşı təbliğat aparmaq”da ittiham ediliblər.

Qeyd edək ki, mayın 19-da Əyyub Şiri özünün iş yerində, Davud Şiri isə məsciddə keçirilən yas mərasimindən çıxdığı zaman həbs olunub və naməlum yerə aparılmışdılar.

Azərbaycanlı milli fəallardan iunun 2-i günorta saatlarında müvəqqəti azadlığa çıxmaq üçün 400 milyon riyal dəyərində girov olaraq mülk vəsiqə alınıb.

Bundan öncə isə azərbaycanlı fəallar Şiri qardaşları 6 aylıq həbs cəzalarını Təbriz zindanında çəkdikdən sonra 23 avqust 2021-ci ildə sərbəst buraxılmışdılar.

Həmçinin yoxlayın

ABŞ Enerji naziri Kris Rayt: İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün hərbi variant gündəmdən çıxarılmayıb

GADTB: ABŞ Enerji naziri Kris Rayt bildirib ki, İranın nüvə silahına sahib olmasının qarşısını almaq …

“Teodor Ruzvelt” təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlir; ABŞ-ın İran rejiminə qarşı dənizdəki mövcudluğu davam edir

GADTB: ABŞ Hərbi Dəniz Qüvvələri bölgədə təyyarədaşıyan gəmilərinin davamlı mövcudluğunun tərkib hissəsi olaraq, təxminən 5 …