Şənbə , Sentyabr 19 2026
azfa

Azərbaycanlı öyrənci Ehsan Fəridinin cinayət işi üzrə məhkəmə iclası keçirilib

GADTB: Çərşənbə günü Təbrizdəki rejimin Cinayət Məhkəməsində Ehsan Fəridinin işinin başqa bir hissəsinin məhkəməsi keçirilib.

Həmçinin avqustun 3-də Təbrizdəki İnqilab Məhkəməsində videokonfrans şəklində fəalın məhkəmə işinin digər hissəsi üzrə məhkəmə iclası keçirilib.

Qeyd edək ki, Ehsan Fəridi 72 gündür ki, Təbriz zindanında saxlanılır və indiyədək zaminə buraxılmayıb.

O, iyunun 18-də Təbriz prokurorluğuna getdikdən sonra həbs edilib və bu şəhərin həbsxanasına köçürülüb.

Bu hesabatı yazan ana qədər Fəridinə qarşı irəli sürülən ittihamlarla bağlı heç bir məlumat olmayıb.

Təbriz Texniki Kollecinin inşaat və istehsalat mühəndisliyi fakültəsinin tələbəsi olan 21 yaşlı Ehsan Fəridi ötən il martın 18-də həbs edilərək Təbriz zindanına köçürülüb.

O, nəhayət, həmin il martın 28-də zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …