GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz Texniki və Peşə Kollecinin tələbəsi Ehsan Fəridinin həbsindən 6 aya yaxın vaxt keçməsinə baxmayaraq, o, hələ də Təbrizin mərkəzi zindanında tutulur.
Fəridinin məhkəməsinin ilk iclası avqustun 3-də Təbriz İnqilab Məhkəməsində videokonfrans şəklində keçirilmişdi.
Dekabrın 11-də Təbriz İnqilab Məhkəməsində ona qarşı irəli sürülən ittihamlarla bağlı məhkəmə iclası keçirilib.
Gənc fəalın ailəsinə yaxın mənbənin sözlərinə görə, o, məhkəmə iclası prosesində ittihamlara qarşı özünü müdafiə edib.
Qeyd edək ki, bu azərbaycanlı tələbə iyunun 24-da Təbriz prokurorluğuna getdikdən sonra həbs edilərək Təbriz zindanına köçürülüb.