GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı reper və milli fəal Milad Cəlilinin 8 ay həbs cəzası başa çatdıqdan sonra o sərbəst buraxılıb.
Qeyd edək ki, o, səkkiz aylıq cəzasının son dörd ay 15 gününü həbsxanadan kənarda elektron qandalla ev dustaqlığı şəklində keçirmişdi.
Milad Cəlili 2024-cü il iyunun 5-də Təbriz zindanına köçürülmüş, iyulun 21-də isə elektron bağlayıcı nəzarəti altında Təbriz zindanından azad edilmişdi.
Qeyd edək ki, Milad Cəlili Təbriz İnqilab Məhkəməsinin ikinci şöbəsi tərəfindən “separatçı məhkumların xeyrinə siyasi rep musiqisi ifa etməklə İran İslam Respublikası sisteminə qarşı təbliğat fəaliyyəti” ittihamı ilə səkkiz aylıq həbs cəzasına məhkum edilib. Bu hökm Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsinin 32-ci şöbəsi tərəfindən təsdiq edilmişdi.