Çərşənbə , Noyabr 11 2026
azfa

Azərbaycanlı sənətçi xanım çərşənbə günü təhlükəsizlik orqanına getdikdən sonra yoxa çıxıb

GADTB: Azərbaycanlı xanım sənətçi Aqşin İmami çərşənbə günü səhər saatlarında çağırışa əsasən Təbrizdə molla rejimin ETTELAAT İdarəsinə gedib. Həmin vaxtdan bəri onun barəsində heç bir məlumat almaq mümkün olmayıb.

Azərbaycanlı sənətçinin ailəsinə yaxın olan məlumatlı mənbə Aşqın İmaminin həbs oluna biləcəyini açıqlayıb. Məlumata görə, sənətçinin İnstaqram səhifəsində bütün yazılar silinib, istifadəçi adı və profil şəkli təhlükəsizlik orqanları tərəfindən dəyişdirilib.

Hələlik, İmaminin həbsinin səbəbləri, onun saxlanıldığı yer və ona qarşı irəli sürülən mümkün ittihamlar barədə dəqiq məlumat yoxdur.

Qeyd edək ki, bir neçə gün əvvəl molla rejimin ETTELAAT məmurları məhkəmə qərarı göstərmədən azərbaycanlı xanımın evinə gedib, evdə axtarış aparıb, onun bəzi şəxsi əşyalarını, o cümlədən mobil telefonunu və noutbukunu müsadirə etmişdilər.

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …