Çərşənbə , May 8 2024
azfa

Azərbaycanlı siyasi məhbus Əlirza Fərşi ayağında elektron qandal olmaqla gözündən əməliyyat olundu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tibbi məzuniyyətə buraxılan azərbaycanlı siyasi məhbus Əlirza Fərşi yanvarın 27-də elektron qandalla xəstəxanada hözündən əməliyyat olunub. “Bina” xəstəxanasının həkimləri onu gözündən əməliyyat ediblər.

Əlirza Fərşi yanvarın 9-da 600 milyon tümənlik girov qarşılığında 18 gün müddətinə tibbi məzuniyyətə buraxılıb və həkim arayışı əsasında Tehranın Baharistan Ümumi və İnqilab Məhkəməsinin Hökmlərinin İcrasının 2-ci şöbəsinə tibbi sənədləri təqdim edilməsindən sonra yanvarın 26-da məzuniyyət müddətinin uzadılmasına razılıq verilib.

Qeyd edək ki, azərbaycanlı siyasi məhbus daha öncə məhkəmə sisteminin məsullarına müalicəsi üçün tibbi məzuniyyət verilməsi üçün yazılı və açıq məktubla müraciət edərək, göz əməliyyatına ehtiyacını olduğunu, ikinci dərəcəli şəkər xəstəliyindən və yüksək qan təziyiqindən əziyyət çəkdiyini bildirmişdi.

Əlirza Fərşi 2014-cü ildə isə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi.

Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə Əlirza Fərşiyə 50 ay cəzası çıxarıb. Bundan başqa, fəal Tehran zindanında 2 ay icbari işləmək cəzasına məhkum edilib. O, 2020-ci ilin iyul ayının 21-dən bu günə kimi Tehranın “Fəşafuyə” zindanında həbs cəzasını çəkməkdədir.

Həmçinin yoxlayın

Azərbaycanın Xüsusi təyinatlıları iki böyük beynəlxalq təlimə qatılıb

GADTB: Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Türkiyədə iki böyük beynəlxalq hərbi təlimdə iştirak edirlər. Onlardan …

Azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünyasını Dəyişən azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib. …