Cümə , Aprel 19 2024
azfa

Azərbaycanlı siyasi məhbus Əlirza Fərşi ilə bağlı beynəlxalq təşkilatlara müraciət

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan İnsan Haqları Cəmiyyəti azərbaycanlı siyasi məhbus Əlirza Fərşi ilə bağlı beynəlxalq insan hüquqları təşkilatlarına müraicət edib.

Müraciət İngilis dilində hazırlanıb və Birləşmiş Millətlər Təşkilatına, BMT-nin İranda insan haqları üzrə xüsusi nümayəndəsinə, Beynəlxalq Əfv Təşkilatına və başqa insan haqları təşkilatlarına göndərilib.

Müraciət məktubunda Əlirza Fərşinin dəfələrlə yaxalandığı, İran məhkəmə sisteminin ona qarşı kobud davrandığı, İranın İnqilab Məhkəməsinin azərbaycanlı siyasi məhbusa qarşı ədalətsiz qərarə əks etdirilib.

Bildirilib ki, azərbaycanlı siyasi məhbusa ağır işgəncələr nəticəsində sol gözü və boyun nahiyəsindən ciddi zədələr alıb. Buna görə də, sol gözü tamamilə görmə qabiliyyətini itirib.

Azərbaycan İnsan Haqları Cəmiyyəti müraciətdə beynəlxalq insan haqları təşkilatlarından xahiş edib ki, İran rejimini azərbaycanlı siyasi məhbus Əlirza Fərşini azad etməyi tələb etsinlər.

Qeyd edək ki, onsuz da günahsız yerə həbs edilən azərbaycanlı fəal Əli̇rza Fərşi̇yə qarşı saxta ittihamlarla yeni dosya hazırlanıb və bir müddət əvvəl xəbər vermədən və vəkilin iştirak olmadan fəala qarşı 50 ay həbs cəzası verilib. Hakim Fərşinin dosyada yer alan fakt və sübutları öyrənməsinə, hətta özünəmüdafiə ərizəsi hazırlamasına icazə verməyib.

Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə Əlirza Fərşiyə 50 ay cəzası çıxarıb. Bundan başqa, fəal Tehran zindanında 2 ay icbari işləmək cəzasına məhkum edilib.

Əlirza Fərşi 2014-cü ildə isə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi.

Bəharistan şəhərinin hökmlərin icrası şöbəsi tərəfindən verilən qərara əsasən 21 iyul 2020-ci ildə Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənmafi Nadarlı həbs edildi. Hazırda Əlirza Fərşi Tehranın zindanında məzuniyyətə buraxılmadan həbs cəzasını çəkməkdədir.

Azərbaycanlı fəal Əlirza Fərşi mədəni fəaliyyətlərinə görə İran molla rejiminin təzyiqlərinə məruz qalmış və universitetdə tədris etməsinə icazə verilməyib.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …