Çərşənbə , Sentyabr 23 2026
azfa

Azərbaycanlı siyasi məhbus Əlirza Fərşi müalicə məqsədilə məzuniyyətə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Əlirza Fərşi müalicə məqsədilə məzuniyyətə buraxılıb.

Ana dili uğrunda həbs edilən azərbaycanlı fəalı Tehranda zindaından mayın 8-də müvəqqəti çıxıb. 

Siyasi məhbus Əlirza Fərşi iki aylıq mübarizədən və zindan məsullarının qanunsuz məhdudiyyətlərindən sonra 500 milyon tümən girov qarşılığında 3 günlük müalicə məzuniyyətinə buraxılıb.

2020-ci ilin sentyarın 8-də Tehranın Evin zindanından Fəşafuyə zindanına sürgün edilən azərbaycanlı siyasi məhbus aprelin 17-də yaxınları ilə telefonla danışıb. O, bildirib, aprelin 5-də həbsxana nəzarətçi hakimi tərəfindən aldığı bildirişdə, onun 10 mart 2020-ci il tarixində girov qarşılığında məzuniyyətə buraxılması barədə qərar verilib.

Ancaq o bu qərarın ona bir neçə həftə gecikmə ilə bildirilməsinə baxmayaraq yenə də məzuniyyətə buraxılmasına imkan verilmədiyini demişdi.

Əlirza Fərşi 2014-cü ildə isə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi.

Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə Əlirza Fərşiyə 50 ay cəzası çıxarıb. Bundan başqa, fəal Tehran zindanında 2 ay icbari işləmək cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …