Bazar , Sentyabr 27 2026
azfa

Azərbaycanlı siyasi məhbus Əlirza Fərşi müalicə zəruriliyi ilə bağlı məhkəməyə məktub yazdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranın Fəşafuyə zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbus Əlirza Fərşi Baharistanda yerləşən rejimin Məhkəmə Qərarlarının İcrası İdarəsinin ikinci şöbəsinin hakiminə məhbusların müalicə zəruriliyi ilə bağlı məktub yazıb

Əlirza Fərşi xəstəliyinin ağırlaşdığını, göz əməliyyatına ehtiyacı olduğunu və 2-ci dərəcəli şəkərli diabet xəstəliyinə yoluxduğunu xatırladaraq təcili olaraq zindandan kənarda müalicə olunmalı olduğunu bildirib.

Əlirza Fərşi məktubunun bir hissəsində qanunla nəzərdə tutulmuş məhbus hüquqlarına toxunub: “Bu maddənin şərhində göstərilir ki, qərarın icrası zamanı xəstəlik baş verdikdə və qərarın icrasının təxirə salınması vacib olduqda, cinayət hökmlərini icra edən hakim qərar çıxararkən bu maddənin müddəalarına uyğun hərəkət etməli və cəza qərarının icrasını dayandırmalıdır.

Qanunun 522-ci maddəsində də göstərilir ki, azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxsin cəzaçəkmə müəssisəsindən kənarda müalicəsi zəruri olduqda, hakim cinayət hökmünün icrası üçün tələb olunan müddəti məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən müəyyən etməli və müvafiq təminat əldə etdikdən sonra, həbs cəzasını gecikdirilməlidir.

Məhkum lazımi zəmanəti təmin edə bilmədikdə isə o, məmurların nəzarəti altında stasionarda müalicə olunmalı və müalicə müddəti onun cəzasının bir hissəsi hesab edilməlidir”.

Qeyd edək ki, Əlirza Fərşi 2014-cü ildə isə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi.

Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə Əlirza Fərşiyə 50 ay cəzası çıxarıb. Bundan başqa, fəal Tehran zindanında 2 ay icbari işləmək cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

CNN “qiyamət günü” təyyarəsinin uçuşundan xəbər verdi: Yaxın Şərqdə “qiyamət ssenarisi”

GADTB: CNN iki yüksək rütbəli Pentaqon rəsmisinə istinadən Yaxın Şərqdə misli görünməmiş və son dərəcə …

Azərbaycanlı fəallar Əli Vasiqi, və Siyamək Mirzayi üç aydır qanunsuz həbsdə saxlanılırlar

GADTB: Ərdəbil həbsxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılan milli fəallar Əli Vasiqi, və Siyamək Mirzayinin barələrində çıxarılan …