Cümə , Aprel 19 2024
azfa

Azərbaycanlı siyasi məhbus Əlirza Fərşi zorakılıq edən ETTELAAT məmurunun  cəzadan azad edilməsinə etiraz etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Əlirza Fərşi zindanda onu döyən ETTELAAT məmurlarının cəzadan azad edilməsinə etiraz edib.

Döyülmə və təhqir olunması ilə qaldırdığı məsələ məhkəmə tərəfindən rədd edildiyi üçün Əlirza Fərşi Tehranın 33-cü bölgəsinin Ümumi və İnqilab Prokurorluğunun 3-cü bölməsinin müstəntiqinə şikayət məktub yazıb.

 Məktubda yazılıb ki, 2020-ci il iyulun 21-də həbs edildiyim zaman iki nəfər ETTELAAT məmuru tərəfindən təhqir olunmuş və döyülərək, bədən xəsarətləri almışam.

Məhkəmə işimdə də qeyd etdiyim kimi boğaz nahisəsindən aldığım zədə nəticəsində iki həftə qida qəbul etməkdə çətinlik çəkmişəm.

Eyni zamanda sol gözü aldığım zərbə nəticəsində ciddi zədələnib və görmə qabiliyyətində problemlər yarandığı üçün cərrahiyyə əməliyyataına ehtiyac yaranıb.

 Ədalətli məhkəmənin keçirilməsini tələb edirəm. İştirakımla mənə qarşı zorakılıq göstərən məmurların dindirilmə iclası keçirilməməsinə, hüquq və ləyaqətimi bərpa etmək üçün heç bir tədbir görmədiyinə etiraz edirəm”.

Azərbaycanlı siyasi məhbus beləliklə özünə qarşı ədalətsizlik edildiyini öz etirazını bildirib.

Qeyd edək ki, Əlirza Fərşi 2014-cü ildə isə Əkbər Azad, Behnam Şeyxi və Həmid Mənafi ilə birlikdə Tehranın Bəharistan şəhərində “Dünya Ana Dili Günü” mərasiminə qatıldığı üçün həbs olunmuşdu. Fəal “milli təhlükəsizliyə qarşı qrup və fraksiyalara üzv olmaq” ittihamı ilə Tehran apellyasiya məhkəməsinin 54 saylı şöbəsin tərəfindən iki il həbs, iki il sürgün cəzasına məhkum edilmişdi.

Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində hakim İman Əfşarinin başçılığı ilə Əlirza Fərşiyə 50 ay cəzası çıxarıb. Bundan başqa, fəal Tehran zindanında 2 ay icbari işləmək cəzasına məhkum edilib.

Həmçinin yoxlayın

Cenevrədə ilk “Türk Həftəsi” keçiriləcək

İsveçrənin Cenevrə şəhərində 22-25 aprel tarixlərində ilk “Türk Həftəsi” keçiriləcək. Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən …

Erməni işğalında olan Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

GADTB: Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da …