Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Azərbaycanlı siyasi məhbus Abbas Lisani Ərdəbildə zindanın təhlükəsizlik bölməsinə köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim yenicə əməliyyat olunmuş azərbaycanlı siyasi məhbus Abbas Lisanini Ərdəbildə zindanın təhlükəsizlik bölməsi olan 7-ci bölməsinə köçürüb. Azərbaycanlı siyasi məhbus bundan öncədə də bu bölmədə həbsdə saxlanılmışdı.

Hazırda həmin bölmədə Abbas Lisani ilə yanaşı daha 3 azərbaycanlı məhbus saxlanılır.

Azərbaycanlı siyasi məhbus Abbas Lisani yenicə əməliyyat olunmasına baxmayaraq, avqustun 25-də prokuror məzuniyyətin uzadılması barədə sənəd və həkim arayışlarını təqdim edən Abbas Lisaninin oğlu Əli Lisaniyə atasının zindana qayıtmalı olduğunu bildirib.

Qeyd edək ki, tibbi məzuniyyətdə olan azərbaycanlı siyasi məhbus Abbas Lisani avqustun 23-də üçüncü dəfə Təbrizin “Vəliəsr” xəstəxanasında qapalı bel diski əməliyyatı olundu.

Həkimlər cərrahi əməliyyatından sonra azərbaycanlı siyasi məhbusa təxminən 1 aya yaxın hərəkət etməməyi və əməliyyatın nəticəsindən arxayın olmaq üçün yenidən müayinədən keçməyi tövsiyə etmişdilər.

Lakin elə həmin gün Tibbi Ekspertizanın rəyinə baxmadan rejimin prokuroru azərbaycanlı siyasi məhbusun tibbi məzuniyyətinin uzadılmasına icazə verməyib.

Belə ki, azərbaycanlı siyasi məhbus Abbas Ləsani 23 avqustda məhkəmənin elektron sistemi vasitəsilə həbsinin qalan hissəsini çəkmək üçün 5 gün içində Ərdəbildəki İnqilab Məhkəməsinin Hökmləri İcra şöbəsinə müraciət etməsi tələb olunmuşdu.

2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən Lisani 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Daha sonra bu qərar rejimin Ərdəbildəki Apellyasiya Məhkəməsi tərəfindən 2 il sürgün və 15 il həbs cəzasına qaldırılıb.

Həmçinin yoxlayın

Təbrizdə Telekommunikasiya şirkətinin təqaüdçüləri yenidən toplaşdı – gecikmiş tələblərə və sosial problemlərə etiraz-Video

GADTB: 1405-ci il Şəhrivər ayının 30-da, bazar ertəsi günü Təbrizdə Telekommunikasiya Şirkətinin bir qrup təqaüdçüsü …

İran Araz Azad İqtisadi Zonasını əsas logistika mərkəzlərindən birinə çevirmək istəyir

GADTB: İran Araz Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri və baş icraçı direktoru Hadi Müqəddəmzadə …