Azərbaycanlı siyasi məhbus Abbas Lisani ilə bağlı aksiya: “Azərbaycan qəhrəmanının həyatı təhlükədədir”

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən Ərdəbil şəhərində azərbycanlı milli-mədəni fəallar Ərdəbil zindanının 7-ci bölməsində həbsdə saxlanılan azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə azadlıq tələb edib, onun həyatının təhlükədə olması ilə bağlı xəbərdarlıq ediblər.

Bu məqsədlə azərbaycanlı fəallar Abbas Lisaninin fotoları olan poster və banerləri şəhərin müxtəlif yerlərindən asıb və ya yapışdırıblar.

Banerlərdə Abbas Lisaninin sağlıq durumunun narahatlıq doğurduğu əks etdirilərək, rejimin zindan, təhlükəsizlik və məhkəmə məmurlarının siyasi məhbusun həyatına qarşı laqeydlik göstərdiyi bildirilib və bu vəziyyətə etiraz ifadə edilib.

Ərdəbilin yerüstü piyada keçidləri və divarlarına asılan və yapışdırılan baner və posterlərdə “Azərbaycanın tanınmış milli qəhrəmanının həyatı təhlükədədir” məzmunlu şüarlar yazılıb.

Azərbaycanlı siyasi məhbus Abbas Lisani kəskin bel və diz ağrılarından əziyyət çəkir və zindan həkimlərinin verdiyi dərmanlar və tətbiq etdikləri müalicə işə yaramır. Zindanın klinikasında fəalın müalicəsi üçün yetərli imkan olmamasına baxmayaraq, rejim siyasi məhbusun zindan xaricində müalicəsinə mane olur.

Ədliyyə Tibb Mərkəzinin həkiminin rəyinə görə, Lisani tezliklə müayinə olunmalı, analizlərinin nəticələrinə uyğun mütəxəssis həkim tərəfindən müalicə edilməlidir.

Koronavirus pandemiyası başlayandan İran zindanlarında dəfələrlə yoluxma halları müşahidə edilsə də, məhkəmə sistemi və zindan rəsmiləri Abbas Lisanini məzuniyyətə buraxmaqdan imtina ediblər.

Qeyd edək ki, 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən Lisani 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Daha sonra bu qərar rejimin Ərdəbildəki Apellyasiya Məhkəməsi tərəfindən 2 il sürgün və 15 il həbs cəzasına qaldırılıb.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …