Cümə , Sentyabr 18 2026
azfa

Azərbaycanlılar Mərənd şəhərində Pəhləvi rejiminin agentlərindən birinə məqbərə tikilməyı etiraz edir

GADTB: Mərənd şəhərində Pəhləvi rejiminin agentlərindən biri olan Abdullah Mohit üçün türbə tikdirməsi Azərbaycan türklərinin və Mərənd şəhərinin əhalisinin etirazına səbəb olub.

Abdullah Mohit Pəhləvi rejimi dövründə Mərənd məhkəməsinin başçısı olub.

Mərənd bələdiyyəsi Pəhləvi rejiminin bu nümayəndəsinə məzar tikdirməklə onu “şəhid” kimi təqdim etməyə çalışır. Bu hərəkət sosial şəbəkələrdə azərbaycanlı istifadəçilərin geniş etirazı ilə qarşılanıb.

Mərənddən olan tanınmış azərbaycanlı sənədli film ustası Məhəmməd Əlimuradi də bu məsələyə münasibət bildirib.

“Belə rəmzi yenidənqurma işləri təkcə bir şəxsi şərəfləndirmək üçün deyil, bu iş daha böyük bir layihənin bir hissəsi ola bilər: Pəhləvinin qayıdışına zəmin yaratmaq. Pəhləvi rejimi repressiyalarla, məhrumiyyətlərlə, kitabları yandırmaqla və xalqın səsini susdurmaqla dolu olan bir rejim idi.” – deyə o bildirib.

Bir qrup Mərənd vətəndaşı da bəyanat yayaraq bunun Pəhləvi rejiminin mənfur nümayəndələrinin günahlarını ağartmaq və təmizləmək cəhdi olduğunu bəyan edib. Vətəndaşlar daha sonra bu məqbərənin və Pəhləvi rejiminin ünsürlərini tərənnüm edən hər hansı simvolun dərhal sökülməsini, bu anti-mədəniyyət əməlinin səbəbkarlarına qarşı qanuni tədbir görülməsini, Mərənd bələdiyyəsi və digər aidiyyatı qurumlar tərəfindən ictimai rəyə aydın izahat verilməsini tələb ediblər.

Həmçinin yoxlayın

Razılıq almaq və rəsmi rəvayəti təhrif etmək üçün saxlanılan yeniyetmənin ailəsinə təzyiq və təhdidlər olur

GADTB: Təbrizdə bir yeniyetməyə polis əməkdaşlarının kobud və alçaldıcı davranışını əks etdirən görüntülərin yayılmasından sonra …

Munir: Məkkə paktının işə salınması üçün tələb olunan vəziyyətin yarandığını düşünürəm

GADTB: Asim Munir bir xəbər şəbəkəsinə müsahibəsində bildirib ki, Məkkə sazişi “çox aydın mövqe” müəyyən …