Cümə , Aprel 19 2024
azfa

Azadlıq radiosu Abbas Lisani və azərbaycanlı siyasi məhbuslarla bağlı raportaj hazırlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azadlıq radiosu rejimin Ərdəbildəki zindanında saxlanılan azərbaycanlı siyasi Abbas lisaninin həyat yoldaşı Rüqəyyə Əlizadədən müsahibə almaqla Abbas Lisani və azərbaycanlı siyasi məhbusların koronavirusa yoluxmaları barədı raportaj hazırlayıb.

Abbas Lisaninin koronovirusa yoluxmasını həbsdəki dostlarından biri Lisaninin dostuna bildirib.

Rüqəyyə Əlizadə bununla bağlı deyib: “Abbas Lisaninin durumundan 24 gündür xəbər ala bilmirik. Nə görüşə, nə də zəng edə bilirik. Həbsdə olan məhbus  yoldaşlardan biri dostuna zəng edib xəəbər vermişdi ki, xəstələnib, koronovirusa yoluxub. İndi bizə söz veriblər ki, bir-iki günə telefon əlaqəsi quracaq. Zəngdən sonra vəziyyətini biləcəyik. Amma hələ ki, zəng eləməyib. Vəkili də Tehrandadı yollar bağlıdı gələ bilmirlər.”

Azərbaycanlı jurnalist Taha Kirmani müsahibəsində bu barədə deyir:”Həbsxananın içərisindən, xüsusən də siyasi məhbuslardan aldığımız məlumata görə, həbsxananın çox ağır vəziyyətdə olduğunu və virusun zindanın müxtəlif bölmələrində çox ciddi şəkildə yayıldığını bilirik.

 Yusif Kari yalnız bir neçə saat zindanın klinikasında olub, lakin onlar orada yoxlanılmayıblar. Məsələn, qaraciyəri yoxlanılmayıb. Yalnız soyuqdəymə və qrip üçün istifadə olunan dərmanlar istifadə etməsini tövsiyə edib kameralarına geri qaytarıblar. “

Taha Kirmaniyə görə, Covid -19 pandemiyasına görə, İran hökuməti bir neçə aydır siyasi məhbusları girov müqabilində müvəqqəti ev dustaqlığına buraxır. Ancaq Abbas Lisani və Azərbaycandakı digər siyasi məhbusla bu imkandan da məhrum edilirlər.

Həmçinin yoxlayın

Avropa İttifaqı İrana qarşı sanksiyaları genişləndirəcəyini açıqlayıb

GADTB: Avropa İttifaqı (Aİ) İsrailə hücumla əlaqədar İrana qarşı sanksiyaları genişləndirəcəyini açıqlayıb. Bu barədə Aİ …

Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror təşkilatları siyahısına əlavə etmək istəyirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Belçika, Niderland, İsveç və Çexiya da SEPAH-ı terror …

Bir cavab yazın