Cümə , İyun 20 2025
azfa

Azırbaycanlı siyasi məhbuslar Kiyanuş Aslani və Tohid Əmirəmini karantin bölməsində saxlanılırlar

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azırbaycanlı siyasi məhbuslar Kiyanuş Aslani və Tohid Əmirəmini zindana qaytarıldıqdan sonar Tehranın Evin zindanının karantin bölməsində həbsdə saxlayır.

Azırbaycanlı siyasi məhbuslar sentyabrın 9-da doğmaları ilə telefon əlaqəsi zamanı bildirib ki, məzuniyyətdən zindana qayıtdıqdan sonra koronavirus testinin nəticəsi neqativ çıxsa da öz bölmələrinə göndərilməyiblər.

Sentyabrın 6 və 7-də zindana geri qayıdan azərbaycanlı siyasi məhbuslar hazırda saxlanıldıqları karantin bölməsində saxlanılırlar və yeni məhbusların gətirilməsi ilə bağlı burada epidemioloji vəziyyət də risklidir.

Qeyd edək ki, azərbaycanlı fəal Kiyanuş Aslani, Tövhid Əmir Əmini ilə birlikdə 2019-cu il fevralın 20-də Beynəlxalq Ana Dili Günü münasibəti ilə Tehranda poster payladıqları üçün irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdır.

Tehran Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi Tövhid Əmir Əminiyə “Sistem əleyhinə təbliğat aparmaq” ittihamından bəraət verib, lakin digər ittihamı ilə bağlı çıxarılan həbs qərarını olduğu kimi qüvvədə saxlayıb. Fəallar brilikdə 12 il yarım azadlıqdan məhrum edilib.

Tövhid Əmir Əmini 7.5 il, Kiyanuş Aslani isə 5 il həbsə məhkum edilib.

Bundan əlavə, Kiyanuş Aslani 2 il müddətinə bütün qruplara üzv olmaq hüququndan məhrum edilib.

Həmçinin yoxlayın

İsrail Güney Türkmənistanın Ağqala bölgəsində hərbi təyinatlı zavodu vurdu

GADTB: İsrail Hərbi Hava Qüvvələri Türkmənistanın Ağqala bölgəsində bölgəsində hərbi təyinatlı obyektə hava hücumu edib. …

İsrail Ərdəbil və Təbrizdə molla rejimin bazalarını vurub – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bü gün səhər saat 5-də İsrail Ərdəbil bölgəsində …