Cümə axşamı , Yanvar 9 2025
azfa

Azərbaycan Prezidenti molla Amulinin cəzalandırılmasını istədi

GADTB: Prezident İlham Əliyev yerli televiziya kanallara müsahibəsində deyib ki, Ərdəbil şəhərinin mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı. Burda sual ondan ibarətdir ki, onu o vəzifəyə təyin edən adam buna necə münasibət göstərir.

 “Axı o, öz başına gəlib orda oturmayıb. Onu kim təyin edib, biz yaxşı bilirik. Onun reaksiyası nədir? O bunu dəstəkləyir, yoxsa yox? Və Azərbaycandan kim üzr istəyəcək? Üzr istəyəcəklər, yoxsa yox?

İranın Xarici İşlər Nazirliyinin açıqlaması kifayət deyil. “Təəssüf hissi…” Burada açıq təhqir olub – həm Türkiyə, həm Azərbaycan prezidentləri, həm bizim xalqlar – rəsmi tədbirdə, canlı yayım gedən zaman. Və sadəcə, “təəssüf bildirmək”? Bu, əlbəttə ki, qəbuledilməzdir. Ona görə biz hesab edirik ki, o əyalət mollası cəzalandırılmalıdır, ən azı, vəzifəsindən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir. Məsələ bundadır”, – Prezident qeyd edib.

Həmçinin yoxlayın

Abdülkadir Uraloğlu Türkiyənin ilk 5-ci nəsil peykinin fəaliyyətinə dair dəyərləndirmələr aparıb

GADTB: Nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Türkiyənin 2021-ci ildə “Türksat 5A” peyki ilə ku …

Təbrizdə İlham Əliyev və Rəcəb Təyyib Ərdoğanın posterləri paylanılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda bir qrup azərbaycanlı milli fəal Azərbaycan …