Çərşənbə , Sentyabr 23 2026
azfa

Azrbaycanlı siyasi məhbusun Ruzbeh Pirinin qardaşı qardaşının sağlıq durumu ilə bağlı xəbərdarlıq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Təbrizdəki zindanında həbsdə saxlanılan azərbaycanlı siyasi məhbus Ruzbeh Pirinin sağlıq durupu pisləşib.

Azərbaycanlı siyasi məhbus fevralın 28-də ailəsi ilə qısa telefon danışığı zamanı koronavirusa yoluxduğunu və sağlıq durumunun yaxşı olmadığını deyib.

Azərbycanlı siyasi məhbusun qardaşı Yaşar Piri özünün sosial media səhifəsində paylaşım edərək, İran hökumətinin məhbusların, özəlliklə siyasi məhbusların taleinə lıaqeyd olduğunu qeyd edib.

Yaşar Piri məsələ ilə bağlı açıq məktub yazaraq, siyasi məhbusların cinayət işləmiş məhbuslarla bir yerdə həbsdə saxlanılmasının qanuna zidd olduğunu bildirib.

Yaşar Piri qardaşı Ruzbeh Pirinin sağlıq durumunun ağır olduğu üçün onun tibbi məzuniyyətə buraxılmasını istəyərək yazıb: “Qardaşımın xəstəliyi ilə əlaqədar geri dönməz və təhlükəli fəsadların yaranma ehtimalı var”.

Yaşar Piri qardaşı ilə bağlı baş verə biləcək hər hansı xoşagəlməz hadisənin məsuliyyətinin məhkəmə və zindan məsulları üzərinə üşdüyünü xatırladıb.

Qeyd edək ki, İran ETTELAAT məmurları fevralın 12-də azərbaycanlı milli-mədəni fəal Ruzbeh Pirinin Təbrizdəki ata evinə hücum edərək onu həbs ediblər. Ruzbeh Pirinin həbsi isə “Sistemə müxalif qruplara üzvlük” ittihamı ilə şərlənərək, 3 il 8 ay həbs cəzasını məhkum edilməsi ilə bağlıdır.

Həmçinin yoxlayın

Möhsün Rzai Türkiyə və Azərbaycanı təhdid edib: “Hava limanlarınızda uçuş olmayacaq”

GADTB: İran rejiminin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzai televiziya müsahibəsində qonşu ölkələri təhdid …

Şahgölünün “Azərbaycan bağı” kimi dünya irsi siyahısına salınması üçün təşəbbüs irəli sürülüb

GADTB: Təbriz Bələdiyyəsinin Görünüş, Landşaft və Yaşıllaşdırma Təşkilatının baş direktoru Şahgölü tarixi-mədəni kompleksinin “Azərbaycan bağı” …